Binaların konstruksiyaları və qrunt əsaslarının hansı yüklərin təsirinə hesablanmalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Binaların konstruksiyaları və qrunt əsasları aşağıdakı yüklərin təsirinə hesablanmalıdır:

– yükdaşıyan və qoruyucu konstruksiyalarının öz çəkilərindən daimi yüklərin təsirlərinə;

– mərtəbəarası örtüklərə yayılmış və topa yüklərin müvəqqəti təsirinə;

– tikinti rayonu üçün xarakterik olan qısamüddətli yağıntıların (qar, yağış, dolu), zəlzələ, külək və temperatur-iqlim yüklərinin təsirlərinə.

Göstərilən yüklərin normativ qiymətləri, yüklərin əlverişsiz birləşmələri və buna uyğun qüvvələr, konstruksiyaların əyilmə və yerdəyişmələrinin həddi göstəriciləri, yük üzrə etibarlılıq əmsallarının göstəriciləri AzDTN 2.1-1 normativ sənədinin tələblərinə uyğun qəbul edilməlidir.