“İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda hansı normativ sənədlərə istinad edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu normalarda Azərbaycan Respublikası ərazisində qüvvədə olan aşağıdakı normativ sənədlərə istinad olunur:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi;

“Azərbaycan Respublikasında Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı, (Əlavə 1 – Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı);

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə);

“Şəhər və digər yaşayış məntəqələri ərazisinin sanitariya, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müfvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”  (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli № 74 nömrəli Qərarı ilə təsdiq edilmişdir).