“Qeyri-bank ödəniş xidməti təchizatçısının elektron pul və ödəniş hesabı sahibi olan eyniləşdirilmiş fiziki şəxs müştəriləri haqqında statistik hesabat” forması (Forma ÖS-ÖXT-9 – Əlavə №26) “Qeyri-bank ödəniş xidməti təchizatçısının eyniləşdirilmiş fiziki şəxs müşləriləri haqqında statistik hesabat” (ÖS-ÖXT-9.1) və “Qeyri-bank ödəniş xidməti təchizatçısının FİN məlumatları əsasında eyniləşdirilən fiziki şəxs müştərilərindən ödəniş hesabı sahibləri olan şəxslər haqqında statistik hesabat” (ÖS-ÖXT-9.2) cədvəllərindən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Qeyri-bank ödəniş xidməti təchizatçısının eyniləşdirilmiş fiziki şəxs müştəriləri haqqında statistik hesabat”da (ÖS-ÖXT-9.1) qeyri-bank ödəniş xidməti təchizatçısında xidmət olunan ödəniş hesabı və elektron pul sahibləri eyniləşdirmə üsulundan asılı olaraq, FİN məlumatları əsasında eyniləşdirilən rezident fiziki şəxslərin, FİN-i olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi əsasında eyniləşdirilən rezident fiziki şəxslərin və qeyri-rezident fiziki şəxslərin sayı üzrə təsnifləşdirilir