Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini – Qərargah rəisi postuna yeni təyinat olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, müvafiq əmrə əsasən, bu vəzifəyə polkovnik Etibar Məhərrəmov təyinat alıb.

İndiyədək bu vəzifəni tutmuş general-leytenant Fazil Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini vəzifəsinə isə polkovnik Telman Hüseynov təyin olunub.

***

saat 11.34

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.

Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.