Əmlak vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi, bəyannamədə vergidən azad olunan əmlakın düzgün əks etdirilməsinin araşdırılması, mənfəət vergisi və hüquqi şəxslərin sadələşdirilmiş vergi bəyannamələrinin 1 saylı əlavəsinin 1.1-ci sətrinin məlumatları ilə əmlak vergisi bəyannaməsinin göstəricilərinin müqayisəsi, dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, investisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.