İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, 2 uşağın saxlanması özü elə dövlətə köməkdir: “Gələcəkdə qanunvericilikdə məsələyə baxılmalıdır, 2 uşağı olan hərbi xidmətə çağırılmamalıdır. İki uşaq il yarım öz valideynini görmür”.