Türkiyəli müğənni İlyas Yalçıntaş əcnəbi qadını mesajlaşma tətbiqində təhqir etdiyi iddiası ilə hakim qarşısına çıxıb.
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, müğənni məhkəmədə özünü müdafiə edib.
“Sözügedən mesajları onların təxribatına müqavimət göstərə bilmədiyim üçün göndərdim, qəbul edirəm” – müğənni qeyd edib.
Prokurorluq Yalçıntaşın 2 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.