“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesablanması” bölməsi 2 hissədən ibarətdir.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Həmin bölmələr aşağıdakılardır:
– “Hissə 1” – Rübün müvafiq aylarında vergiyə cəlb edilən gəlirlər və vergilər barədə məlumatlar öz əksini tapır;
– “Hissə 2” – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları tərəfindən digər işəgötürənlərin işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər və digər ictimai təşkilatlar tərəfindən tabeliklərində olduğu qurumların işçilərinə ödənilən mükafatlar üzrə hesablamalar barədə məlumatlar öz əksini tapır.