İdarə və təşkilatların fəaliyyəti üçün xarakterik xüsusi təyinatlı otaqların tərkibi və sahəsi qüvvədə olan normativ sənədlər nəzərə alınmaqla layihə tapşırığında müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Otaqların və dəhlizin hündürlüyü döşəmədən tavana qədər 3 m-dən az olmamalıdır. Yaşayış, həmçinin inzibati binaların daxilində yerləşən ofis otaqlarının hündürlüyü, binanın müvafiq otaqlarının hündürlüyü qəbul edilməlidir.