Cari stabilliyin öyrənilməsi proqramının məqsədi monitorinq apararaq məhsulun yararlıq müddətiərzindəmarkalanmada qeyd edilən şəraitdə saxladıqda spesifikasiyasına uyğun qalib qalmadığını müəyyən etməkdir.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Bu proqram əsasən realizasiya üçün nəzərdə tutulan qablaşdırmada olan dərman vasitələrinə aid edilir, lakin yarımfabrikatların da stabilliyinə diqqət ayırmaq lazımdır. Məsələn, əgər yarımfabrikat məhsul qablaşdırılmadan və (və ya) istehsal sahəsindən qablaşdırma sahəsinə verilməzdən əvvəl uzun müddət saxlanılırsa, bu saxlanma şəraitində qablaşdırılmış məhsulun stabilliyi araşdırılmalıdır. Bununla yanaşı uzun müddət saxlanılan və istifadə edilən aralıq məhsullara da diqqət yetirilməlidir.