Yol vergisi və icbari tibbi sığorta haqqının ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri (hesabatları) ilə yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi, Dəqiqləşdirilmiş vergi bəyannamələri (hesabatları) təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, aksiz bəyannaməsinin 1 saylı əlavəsi ilə yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamənin (hesabatın) göstəricilərinin müqayisəsi, vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması, digər səlahiyyətli orqanlardan alınan məlumatlar, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.