YPG/PKK dərhal özünü buraxılmalıdır, Suriyada bu terror təşkilatına yer yoxdur.
Heftelik.az-ın məlumatın görə, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyada yeni hakimiyyətin lideri Əhməd aş-Şara (Əbu Məhəmməd əl-Colani) görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Hakan Fidan Əhməd aş-Şara ilə görüşdə də Suriya hakimiyyətinin bu məsələdə nə dərəcədə qətiyyətli olduğunu gördüyünü vurğulayıb.
Hakan Fidanla hərtərəfli görüş keçirdiklərini və Suriyanın gələcəyini müzakirə etdiklərini, dost Türkiyənin inqilabın əvvəlindən Suriya xalqının yanında olduğunu, bunu unutmayacaqlarını diqqətə çatdıran Əhməd aş-Şara sə Suriyaya qarşı tətbiq olunan sanksiyaların artıq aradan qaldırılmalı olduğunu bəyan edib: “Öncəki Suriya hakimiyyətinin xalqına qarşı hərəkətləri ilə əlaqədar bu sanksiyalar tətbiq olunmuşdu. Artıq bu sanksiyalar aradan qalxmalıdır”.
Türkiyə xarici işlər naziri də sanksiyaların aradan qaldırılmalı olduğunu söyləyib və Türkiyənin Suriyanın yenidən inşasında ilk sırada yer alacağını qeyd edib: “Suriyanın yenidən inşası və köçkünlərin geri qayıtması üçün əlimizdən gələni edəcəyik”.