ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalının ABŞ-yə qaytarılmasına dair çağırış edib.
Heftelik.az-ın məlumatına görə, Donald Tramp bu barədə “Truth Social” hesabında yazıb.
Donald Tramp bildirib ki, kanaldan ən fəal istifadə edən ABŞ-dir, bu kanal isə Amerikanın iqtisadiyyatında və milli təhlükəsizliyində əsas rol oynayır: “ABŞ-nin Panamaya göstərdiyi fövqəladə səxavəti nəzərə alsaq, Panamanın aldığı rüsumlar gülüncdür”.