Türkiyə Səhiyyə Nazirliyinə məxsus təcili yardım helikopteri Muğla Sıtkı Koçman Təhsil və Araşdırma Xəstəxanasına çırpılaraq bağçaya düşüb.
Heftelik.az-ın məlumatına görə,Muğla valisi İdris Akbıyıki qəzada təcili yardım helikopterində olan 2 pilot, 1 həkim və 1 personalın həyatını itirdiyini bildirib.
Xəstəxanada zərərçəkən olmayıb.
İlkin ehtimala görə hadisəyə qatı duman səbəb olub. Helikopter Antalyaya xəstə nəqli üçün havaya qalıxıbmış.