Aksiz bəyannaməsində hansı əlavələrin mövcud olduğu acıqlanıb.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Aksiz bəyannaməsində aşağıdakı əlavələr mövcuddur:
– Əlavə 1”- Aksizə cəlb edilmiş neft məhsulları barədə məlumatları özündə əks etdirir;
– “Əlavə 2” – Aksiz markalarının hərəkəti barədə məlumatı özündə əks etdirir;
– “Əlavə 3” – İçməli spirt, pivə (alkoqolsuz pivə istisna olmaqla) və spirtli içkilərin bütün növləri, energetik içkilər, tütün məmulatları, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri üzrə vergi tutulan əməliyyatın həcmi, aksizlərin, o cümlədən icbari tibbi sığorta haqqının hesablanması barədə məlumatları özündə əks etdirir.