Mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı vergi ödəyicisinin xərclərinin artım tempinin gəlirlərin artım tempini üstələməsi hallarının araşdırılması, bəyannamənin xərclər hissəsində mal və material xərclərinin ümumi xərcdə xüsusi çəkisinin yüksək (90%-dən yuxarı) olması hallarının araşdırılması, xərclərin tərkibində material xərclərinin artımının malların təqdim edilməsindən əldə edilən gəlirlərin artımını üstələməsi hallarının araşdırılması, ƏDV bəyannamələrində bəyan edilən kapital xarakterli xərclərin məbləği ilə təqvim ili üzrə təqdim ediləcək mənfəət vergisinin bəyannamələrinin 1 nömrəli Əlavəsinin “Kapitallaşdırma üçün aktivlər” sətrinin dövr ərzində daxil olmuş sütununda olan məbləğ ilə müqayisə olunması, xərclərin tərkibində əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər əsasında gəlirdən çıxılan xərclərin olub-olmaması hallarının araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.