Binalar, tikililər, qurğular, avadanlıqlar və digər əsas vəsaitlərin il ərzində mədaxil göstəricisi ilə əlavənin “Kapitallaşdırma üçün aktivlər” sətrinin “Təqdim edilmişdir” və “Silinmişdir” sütunlarındakı göstəricilərin cəmi ilə üzləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Mənfəət vergisi bəyannaməsinin “Elan edilmiş dividentlər” sətrindəki göstərici ilə Əlavənin “Hesabat dövrünün xalis mənfəəti” və “Əvvəlki illərin bölüşdürülməmiş mənfəəti” sətirlərinin “Təqdim edilmişdir” və “Silinmişdir” sütunlarının cəmindən “Əvvəlki illərin bölüşdürülməmiş mənfəəti” və “Kapital ehtiyatları” sətrlərin “dövr ərzində daxil olmuşdur” sütunları, eləcədə “Gəlirdən çıxılmayan xərclər” çıxılmaqla alınan nəticə uzlaşdırılmalıdır.