Hesabat formasının “Elektron pula qeyri-bank ödəniş xidməti təchizatçısının ödəniş xidməti şəbəkəsi vasitəsi ilə mədaxil” hissəsi ödəniş terminalları, internet səhifə, mobil tətbiq və sadalananlara aid edilməyən digər vasitələrlə aparılan əməliyyatlar üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasının ”Elektron pullar vasitəsilə aparılan ödənişlərin təyinatı” hissəsində ödəniş əməliyyatları təsərrüfat subyektinin kateqoriya koduna uyğun olaraq qeyd olunur.