Dəhlizlərin eni DTN 2.02-01 normativ sənədinin tələblərinə cavab verməli, lakin dəhlizin uzunluğu 10 m-ə qədər olduqda eni 1,2 m-dən, 10 m-dən artıq olduqda eni 1,5 m-dən və kuluar görüşmələr və yaxud gözləmə otağı kimi istifadə edilən dəhlizlərin eni 2,4 m-dən az olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Texniki mərtəbələrin hündürlüyü yerləşdirilən avadanlıq, mühəndis şəbəkələri və onların istismar şəraiti nəzərə alınmaqla qəbul edilməlidir. Bu zaman xidmət göstərilməsi üçün bu yerləşgələrdə hündürlük 1,8 m-dən az olmamalıdır.