Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən (varikoseleyə görə aparılmış cərrahiyyə əməliyyatlarından və s.) sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşlar “Xəstəliklər cədvəli”nin 42-ci maddəsinin “d” bəndi üzrə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar və 3 ay müddətinədək müvəqqəti yararsızlığı, hərbi qulluqçulara isə 15 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin, varikoseleyə görə isə azad edilməsinin zəruriliyi barədə qərar çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.