Əmlak vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı idxal-ixrac əməliyyatları barədə Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar, dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar, nəqliyyat vasitələrinin qeydiyyatı barədə aidiyyəti orqanlardan alınan məlumatlar, digər səlahiyyətli orqanlardan alınan məlumatlar və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.