“Qeyri-bank ödəniş xidməti təchizatçısının FİN məlumatları əsasında eyniləşdirilən fiziki şəxs müştərilərindən ödəniş hesabı sahibləri olan şəxslər haqqında statistik hesabat” formasında (ÖS-ÖXT-9.2) cari hesab sahibi olan fiziki şəxs ödəniş xidməti istifadəçilərinin FİN-nin (böyük hərflərdən ibarət olmalıdır) “SHA-2, 256bit” biristiqamətli təhlükəsiz heş alqoritmi əsasında çevrilmiş (heşlənmiş) unikal heş (64 simvol) məlumatı əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
FİN-ə bağlı bir və ya bir neçə ödəniş hesabı üzrə hesabat dövrü ərzində ümumilikdə azı 3 (üç) məxaric əməliyyatı (nağd və ya nağdsız formada) aparılmışdırsa, FİN aktiv hesab olunur və müvafiq xanada “A” işarəsi qeyd edilir, aktiv hesab olunmayan FİN üzrə “P” işarəsi qeyd edilir.