Kəsilmiş etiketlərin istifadəsi və qablaşdırma xəttindən kənarda möhürlərin vurulması zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Çap materiallarının qarışıq salınmasının qarşısını almaq məqsədi ilə kəsilmiş etiketlərlə müqayisədə rulon formasında olan etiketlərin istifadəsinə daha çox üstünlük vermək lazımdır. Kod oxuyucular, etiket sayğacları və ya digər analoji elektron avadanlıqların düzgün fəaliyyət göstərdiyinə əmin olmaq üçün mütəmadi yoxlamalar aparılmalıdır.