Lift kabinələrinin eni, dərinliyi, qapı aşırımının eni, liftə girişin qarşısındakı meydançanın eni, liftin idarəetmə düymələrinin döşəmə səviyyəsindən yerləşmə hündürlüyü əlil arabasında olan şəxslər üçün STN 62 normativ sənədinin tələblərinə cavab verməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Görmə əlilliyi olan şəxslərin rahat istifadə etmə imkanının təmin edilməsi məqsədilə liftlərin mərtəbələrdəki çağırış düyməsinin, eləcə də liftdaxili idarəetmə panelindəki düymələrin üzərində müvafiq məlumatlar brayl əlifbası ilə əks olunmalıdır. Mərtəbələrin nömrəsi və digər bu kimi informativ məlumatlar böyük şriftlə verilməlidir.