Meydançalar arasında bir pilləkən marşındakı pillələrin sayı (əyrixətli pilləkənlər istisna olmaqla) 16-dan çox olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Birmarşlı pilləkəndə, eləcə də iki və yaxud üçmarşlı pilləkənlərin bir marşında, birinci mərtəbə hüdudlarında ən çox 18 pillənin olmasına  yol verilir.

İkinci mərtəbədən 2-ci təxliyə çıxışı kimi 3-cü tip pilləkəndən istifadə edilməsinə yol verilir. 3-cü tip pilləkənlər təxliyə olunanların sayına (aşağıda göstərilən saydan artıq olmamaqla) hesablanmalıdır:

70 –  I və II odadavamlılıq dərəcəli yanğın təhlükəliliyi C0 sinifli binalar üçün;

50 – III və IV odadavamlılıq dərəcəli yanğın təhlükəliliyi C0, C1 sinifli binalar üçün;

30 – III və IV odadavamlılıq dərəcəli yanğın təhlükəliliyi C2, C3 sinifli binalar üçün;

Normalaşdırılmır- V odadavamlılıq dərəcəli binalar üçün.