“Muzdlu işə dair məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə cəlb edilən gəlirlər və hesablamalar” bölməsi 3 hissədən ibarətdir.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Həmin bölmələr aşağıdakılardır:
“Hissə 1” – Rübün müvafiq aylarında muzdlu işdən əldə edilən gəlirlər ilə əlaqədar məcburi dövlət sosial sığorta haqqı üzrə cəlb edilən gəlirlər və hesablamalar barədə məlumatlar öz əksini tapır;
“Hissə 2” – Rübün müvafiq aylarında işsizlikdən sığorta haqqı üzrə cəlb edilən gəlirlər və hesablamalar barədə məlumatlar öz əksini tapır;
“Hissə 3” – Rübün müvafiq aylarında icbari tibbi sığorta haqqı üzrə cəlb edilən gəlirlər və hesablamalar barədə məlumatlar öz əksini tapır.