Bakıda obyektdə yanğın söndürülüb.

FHN Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

saat 18.55

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektlərdən birində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.