“Xəstəliklər cədvəli”nin III qrafası üzrə şəhadətləndirilənlər üçün 15 gün müddətinə xəstəliyə görə məzuniyyət verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
| Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
| I qrafa | II qrafa | III qrafa | ||
| 46 | Qırtlağın və traxeyanın boyun hissəsinin xəstəlikləri və zədələnmələri | |||
| a) tənəffüs və (və ya) səs funksiyalarının mühüm dərəcədə pozulması ilə | D | D | D | |
| b) tənəffüs və (və ya) səs funksiyalarının mülayim dərəcədə pozulması ilə | C | C | C və ya B FƏRDİ | |
| c) tənəffüs funksiyalarının cüzi dərəcədə pozulması ilə | C | C | B | |
Bu maddə müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə qırtlağın və ya traxeyanın boyun hissəsinin anadangəlmə və qazanılmış xəstəliklərini, zədələnmələrinin nəticələrini nəzərdə tutur.
