Nümunələrin götürülməsi Səhiyyə Nazirliyi tərəfindən istinad və arxiv nümunələri barədə təsdiq edilən əlavəyə uyğun olaraq həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Sınaq üsulları validasiya olunmalıdır. Əgər laboratoriya istifadə edilən sınaq üsulunu ilkin validasiya etməyibsə üsulun yararlığını verifikasiya etməlidir. Müvafiq qeydiyyat sənədlərində qeyd olunan bütün sınaq əməliyyatları təsdiq edilmiş üsullara əsasən aparılmalıdır.