Binaların bünövrələri torpağın fiziki-mexaniki xüsusiyyətləri, tikinti meydançasındakı hidrogeoloji rejimin xüsusiyyətləri, həmçinin qruntun, yeraltı suların bünövrəyə və yeraltı mühəndis şəbəkəsinə qarşı aqressivlik dərəcəsi, tikinti ərazisinin seysmikliyi nəzərə alınmaqla layihələndirilməlidir və binanın bünövrəsi altında qrunt əsaslarının tələb olunan bərabər çökməsini təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.