“Verginin hesablanması” bölməsi 5 hissədən ibarətdir.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

“Verginin hesablanması” bölməsi aşağıdakı  5 hissədən ibarətdir:

– “Hesabat dövrü üzrə vergiyə cəlb olunan əməliyyatlar üzrə əlavə dəyər vergisinin hesablanması” hissəsində ƏDV-yə cəlb edilən, ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilən, ƏDV-dən azad olunan, ƏDV-yə iyirmi (20) faiz dərəcə ilə cəlb edilən dövriyyələr və təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə daxil olmuş məbləğlər öz əksini tapır;

– “Hesabat dövrü üzrə debitor borclarının (ƏDV nəzərə alınmadan) hərəkəti barədə məlumat” hissəsində hesabat dövrü ərzində yaranan və silinən debitor borcları barədə məlumatlar öz əksini tapır;

– “Hesabat dövründəki ödənilmiş məbləğ üzrə əvəzləşdirilən əlavə dəyər vergisinin hesablanması” hissəsində Vergi Məcəlləsinin müddəalarına əsasən əvəzləşdirilən məbləğlər öz əksini tapır;

– “Hesabat dövründə dəqiqləşdirilən (VM-nin 163-cü maddəsinə əsasən) əməliyyatlar üzrə ƏDV-nin hesablanması” hissəsində ƏDV-yə cəlb edilən, ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilən, ƏDV-dən azad olunan və əvəzləşdirilən əməliyyatlar üzrə Vergi Məcəlləsinin müddəalarına əsasən artırılan və ya azaldılan dövriyyələr öz əksini tapır;

– “Hesabat dövrü üzrə hesablaşmalar” hissəsində dövlət büdcəsinə ödənilməli və ya büdcədən qaytarılmalı ƏDV məbləğləri öz əksini tapır.