Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
2007-ci il təvəllüdlü Qurbanov İslam Vahid oğlu hamamda dəm qazından boğularaq ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.