Mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı təsərrüfat fəaliyyətinin nəticələri ardıcıl olaraq 3 il ərzində zərərlə başa çatması hallarının araşdırılması, ardıcıl 3 il ərzində təsərrüfat fəaliyyətinin nəticəsi mənfəətlə başa çatmasına baxmayaraq rentabellik səviyyəsinin ilbəil azalması hallarının araşdırılması, uçot metodu dəyişdirildikdə vergilərin düzgün hesablanmasının araşdırılması, digər və sair xərclərin araşdırılması, alınmış kreditlərin faizlərinin və (və ya) müqavilədə göstərilən digər ödənişlərinin xərcə aid edilməsinin düzgünlüyünün araşdırılması, ödənilmiş məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının xərclərə aid edilməsinin düzgünlüyünün araşdırılması (əmlakın dəyərindən artıq qiymətə sığortalanmasının araşdırılması) nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.