Binalar və yerləşgələr üçün soyuq və isti su təchizatı sistemi, kanalizasiya sistemi, daxili suaxıdıcılar, yanğın əleyhinə ayrıca və yaxud birləşmiş su kəməri nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Binalarda təsərrüfat-içməli, yanğın əleyhinə, isti su təchizatı, kanalizasiya sistemləri və daxili suaxıdıcılar AzDTN 2.11-3 və AzDTN 2.11-1, isitmə, ventilyasiya və tüstü əleyhinə mühafizə sistemləri isə AzDTN 2.12-2 normativ sənədlərinin tələblərinə uyğun nəzərdə tutulmalıdır.