“Ödəniş hesab(lar)ında olan elektron pul üzrə orta qalıq” hissəsində elektron pulun saxlandığı ödəniş hesabının hesabat dövrü ərzində hər əməliyyat gününün sonuna qalıq məbləğinin cəminin həmin dövrdəki əməliyyat günlərinin sayına bölünməsi əsasında alınan göstərici qeyd edilir. Bir neçə ödəniş hesabı olduqda hesablar üzrə orta qalıqların cəmi qeyd olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Qeyri-bank ödəniş xidməti təchizatçılarının fırıldaqçılıq əməliyyatları üzrə təqdim etdikləri hesabatların məzmunu və tərtib edilməsi qaydası bu Təlimatın 7-ci hissəsində müəyyənləşdirilir.