Sifarişçinin Keyfiyyəti İdarəetmə Sistemi məhsulun hər bir seriyasının buraxılması sahəsində Səlahiyətli Şəxsin cavabdehliklərini təyin etməlidir.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Müəssisənin digər təşkilata həvalə etdiyi fəaliyyətlər yazılı müqavilə şəklində rəsmiləşdirilməli, sözügedən müqavilədə fəaliyyətə aid edilən iş və ya xidmətlər, həmçinin bu fəaliyyətlə bağlı bütün texniki məsələlər qeyd edilməlidir.