Liftin hərəkət istiqaməti, dayanacaq və növbəti mərtəbənin nömrəsi elektron tabloda əks olunmalı və səsli bildirişlərin anonsu təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
10 və daha çox mərtəbəli binaların sərnişin daşıyan liftlərindən biri yanğından mühafizə bölmələrinin daşınması üçün nəzərdə tutulmalıdır. Mövcud 9 mərtəbəli binada mansarda mərtəbəsi inşa edildikdə belə liftin nəzərdə tutulmamasına yol verilir.