Dəqiqədə 5 və daha artıq ekstrasistola olduqda, stasionar müayinə aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Sakit vəziyyətdə nadir, tək-tək ekstrasistolaların olması, funksional xarakterli sinus aritmiyası bu maddənin tətbiqi üçün əsas deyildir və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur.