Etibarlı İstehsalat Təcrübəsi (EİT) və Etibarlı Distribüter Təcrübəsi tələblərinə uyğun fəaliyyət göstərdiklərini yoxlamaq məqsədi ilə aktiv təsiredici substansiya istehsalçıları və distribütorlarında auditlər keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Dərman vasitəsinin istehsalına dair lisenziya sahibi sözügedən fəaliyyəti istər bilavasitə özü, istərsə də müqavilə əsasında fiziki və ya hüquqi şəxs vasitəsilə həyata keçirə bilər.