ƏDV bəyannaməsinin hansı əlavələrinin mövcud olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
ƏDV bəyannaməsinin aşağıdakı əlavələri mövcuddur:
– “Əlavə 1” – Əldə edilmiş yük gömrük bəyannamələri və bu bəyannamələr üzrə aparılmış ödənişləri əks etdirir;
– Əlavə 2” – Kənd təsərrüfatı məhsullarının satışı üçün alınmış malların və 01.01.2022-ci il tarixədək topdan və pərakəndə satış üçün ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşmə alınmış, lakin satılmamış kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) hərəkəti barədə məlumatları əks etdirir;[58]
– “Əlavə 3” – ƏDV tutulan və ƏDV tutulan əməliyyat sayılmayan dövriyyələr barədə məlumatları əks etdirir;
– “Əlavə 4” – ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb olunan dövriyyələr barədə məlumatları əks etdirir;
– “Əlavə 5” ƏDV-dən azad olunan dövriyyələr barədə məlumatları əks etdirir;
– “Əlavə 6” – 01.01.2001-ci il tarixinə kreditor qalıq üzrə aparılmış ödənişlər barədə məlumatı əks etdirir;
– “Əlavə 7” – Qeyri-rezident tərəfindən görülmüş işlər, göstərilmiş xidmətlər üzrə ödənilmiş məbləğləri və qeyri-rezident barədə məlumatları əks etdirir;
– “Əlavə 8” –”0″ (sıfır) dərəcə ilə ƏDV-yə cəlb edilmə haqqında sertifikatlar barədə məlumatları əks etdirir;
– “Əlavə 9” – vergi ödəyicisinin obyektləri barədə məlumatları əks etdirir;
– “Əlavə 10” – “0” (sıfır) dərəcə ilə ƏDV-yə cəlb edilmə haqqında Sənaye parkının rezidentinin qeydiyyat şəhadətnamaləri barədə məlumatları əks etdirir.