Hesabat formasının “Elektron pulun qalıq dəyərinin geri qaytarılması” hissəsində nağd pulun çıxarılması (o cümlədən bankomat, qeyri-bank ödəniş xidməti təchizatçısının baş ofis və əməliyyat bölmələri, ödəniş agentləri və digər üsullardan istifadə etməklə) və ya ödəniş hesabına köçürmə (o cümlədən hüquqi şəxslər, fiziki şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər) qeyd olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat formasının “Dövrün sonuna elektron pulun qalıq dəyəri” hissəsində dövrün sonuna qeyri-bank ödəniş xidməti təchizatçısında xidmət göstərilən elektron pul sahiblərinin elektron pullarının qalıq dəyəri əks etdirilir.