“a” bəndinə səsyaranmanın, təbii nəfəs yolları ilə tənəffüsün, qırtlaq-udlağın ayırıcı funksiyasının davamlı olmaması (yoxluğu), qırtlağın orta dərəcəli stenozu aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

b” bəndinə obstruktiv tip üzrə II dərəcəli tənəffüs çatışmazlığı ilə tənəffüsün davamlı çətinləşməsi və (və ya) aparılmış müalicədən sonra 3 ay və daha çox davam edən səsyaranmanın davamlı çətinləşməsi (funksional afoniya, xırıltılı səs, səsin gurluğunun zəifləməsi) aiddir.