Mədən vergisi bəyannaməsinin bölmələri açıqlanıb.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Mədən vergisi bəyannaməsi Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

“Verginin hesablanması” bölməsi müvafiq olaraq 2 hissədən ibarətdir:

– “Topdansatış qiyməti ilə verginin hesablanması” hissəsində Vergi Məcəlləsinin müddəalarına əsasən topdansatış qiyməti üzrə hesablanmış mədən vergisi barədə məlumatlar əks etdirilir;

– “Faydalı qazıntıların hasilatın miqdarı ilə verginin hesablanması” hissəsində isə Vergi Məcəlləsinin müddəalarına əsasən hasilatın həcmi üzrə hesablanmış mədən vergisi barədə məlumatlar əks etdirilir.