Qablaşdırmanın üzərinə çap və ya həkketmə yolu ilə köçürülən məlumat aydın oxunmalı, solmağa və ya silinməyə qarşı davamlı olmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Məhsulun qablaşdırma prosesi zamanı yoxlanılan parametrlərinə ən azı aşağıdakılar daxil edilməlidir:
– qablaşdırmanın xarici görünüşü;
– qablaşdırmanın tamlığı;
– düzgün məhsulların və qablaşdırma materiallarının istifadə edilməsi;
– markalanmanın düzgünlüyü;
– qablaşdırma xəttində olan nəzarət qurğularının fəaliyyətinin düzgünlüyü.