Odadavamlılıq dərəcəsi, konstruktiv yanğın təhlükəliliyi sinfi, binaların yol verilən hündürlüyü (DTN 2.02.01 üzrə) və yanğın bölməsi hüdudlarında mərtəbənin sahəsi cədvəl 6.4 üzrə qəbul edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Odadavamlılığı IV dərəcə, mərtəbə sayı 2 və daha çox olan binalarda yükdaşıyıcı konstruksiya elementlərinin odadavamlığının həddi R45-dən aşağı olmamalıdır. Otaqlar avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz edildikdə, odadavamlılıq dərəcəsi IV, yanğın təhlükəliliyi sinfi C0 və C1 olan binalar, eləcə də odadavamlılıq dərəcəsi V olan binalar istisna olunmaqla, cədvəl 6.4-də göstərilmiş sahələrin 100 % artırılmasına yol verilir.