Ən uzaq otağın qapısından yaxındakı liftin qapısına qədər olan məsafə 60 m-dən çox olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Sərnişin liftlərindən çıxışları lift holundan, o cümlədən vestibüldən və ya digər təyinatlı holdan (əgər holl lift sahəsinə daxildirsə) layihələndirmək lazımdır.
Sərnişin liftlərinin lift holunun eni aşağıda göstərilənlərdən az olmamalıdır:
– liftlər bircərgəli yerləşdikdə – ən kiçik lift kabinəsinin eninin iki misli;
– ikicərgəli yerləşdikdə isə ən kiçik kabinə eninin üç mislindən az olmayaraq.