“Məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar barədə məlumat” bölməsi 2 hissədən ibarətdir.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Həmin bölmələr aşağıdakılardır:
“Hissə 1” – Rübün müvafiq aylarında məcburi dövlət sosial sığorta haqları üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar barədə məlumatlar öz əksini tapır;
“Hissə 2” – Rübün müvafiq aylarında icbari tibbi sığorta haqları üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar barədə məlumatlar öz əksini tapır.