Tovuzda zəhərlənmə hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonda yerləşən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.
Peşə Təhsili Dövlət Agentliyindən bildirilib ki, hadisə ilə bağlı onlara məlumat daxil olub. Hazırda məsələ araşdırılır.