“Verginin hesablanması bölməsi” 3 hissədən ibarətdir.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Həmin bölmələr aşağıdakılardır:
“Hissə 1” – Vergi Məcəlləsinin 220.1-ci və 220.1-1-ci maddəsinə əsasən aylıq təqdim edilmiş malların (işlərin, xidmətlərin) və əmlakın dəyəri, rüb üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın və gəlirin həcmi, hesablanmış verginin məbləği əks olunur;
“Hissə 2” – Vergi Məcəlləsinin 218-1-ci maddəsinə əsasən vergi tutulmayan və vergidən azad olan əməliyyatların məbləği əks olunur;
“Hissə 3” – Vergi Məcəlləsinin 220.9-cu maddəsinə əsasən idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcısının, habelə Vergi Məcəlləsinin 220.9-1-ci maddəsinə əsasən lotereya təşkilatçısının və lotereya biletlərinin satıcısının gəlirləri və hesablanmış vergi məbləği əks olunur.