Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının “TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib.

Heftelik.az-ın Lemt.az-a istinadən verdiyi məlumata görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

İstintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, “TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahidin üzərindən 100-ə yaxın bank kartı çıxıb.Polisin təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsi Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.